“Günay Sığorta” ASC-nin qiymətli kağızlarının delistinq edilməsinə qərar verilmişdir

“Günay Sığorta” ASC-nin könüllü müraciətinə əsasən lisenziyasının ləğv edilməsi səbəbindən listinqdə saxlanılan qiymətli kağızlarının delistinq edilməsi qərarı verilmişdir.

Listinq Komitəsi tərəfindən Bakı Fond Birjasının “Qiymətli kağızların listinqdə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili” qaydalarının 3.5-ci bəndinə uyğun olaraq “Qiymətli kağızların emitenti qanunvericiliklə müəyyən olunmuş qaydada lisenziya tələb edən fəaliyyət növü ilə məşğuldursa, bu fəaliyyətin göstərilməsi üçün səlahiyyətli orqan tərəfindən verilmiş müvafiq lisenziyalar qüvvədə olmalıdır”. “Günay Sığorta” ASC-nin lisenziyası könüllü ləğv olunması səbəbindən “Bakı Fond Birjası” QSC tərəfindən AZ1001008346 ISIN kodlu listinqdə saxlanılan qiymətli kağızlarının delistinq proseduruna başlanılmışdır. Qeyd edək ki, Bakı Fond Birjasının listinq qaydalarına uyğun olaraq, delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcək və qiymətli kağızlar ticarətdən çıxarılacaqdır.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı