Gürcüstan iqtisadiyyatı 2021-ci ilin iyul ayında 9.9% genişlənib. Bu barədə məlumat, Gürcüstanın Rəsmi Statistika Komitəsi olan “Geostat”-ın hesabatında qeyd edilib. Belə ki, ilkin məlumat olaraq, iyul ayında ölkə ÜDM-nin 2020-ci ilin iyul ayına nisbətdə 9.9% artdığı göstərilib. Qeyd edək ki, iyun ayında ötən ilə nəzərən ÜDM artımı 18.7% səviyyəsində olub. İstehlakçı qiymətləri indeksində isə iyul ayında ötən ilə nəzərən 11.9%-lik artım qeydə alınıb.
Məlumat üçün qeyd edək ki, Gürcüstanda iyul ayında artımın ən çox qeydə alındığı iqtisadi sektorlar maliyyə və sığorta, istehsalat, turizm və otelçilik, nəqliyyat və ticarət sektorları olub. İnşaat və dağ-mədən sənayesində isə bunun əksinə olaraq kiçilmə baş verib.