Gürcüstan Mərkəzi Bankı faiz endiriminə gedib

Gürcüstan Mərkəzi Bankı (NBG) yumşaq pul siyasətini başladıb və uçot dərəcəsini 0.5 bənd azaldaraq 8.5% səviyyəsinə endirib. Bankdan verilən açıqlamada, koronavirus pandemiyası və neft qiymətlərinin azalması fonunda müşahidə edilən iqtisadi qeyri-müəyyənlik dövründə inflyasiya göstəricisinin də artaraq 6.1% civarında qərarlaşması uçot dərəcəsinin azaldılması qərarına təkan verib.

Bununla yanaşı, ölkədə yerli və xarici tələbatın azalmasını əsas gətirərək, NBG Gürcüstanın iqtisadi artımının -4% ətrafında qərarlaşacağını açıqlayıb. İlkin statistikalardan, mart ayında məhsul ixracının 22%, xarici turistlərdən ölkəyə daxil olan valyuta həcminin isə 70% azaldığını müşahidə etmək olar. Ölkəyə daxil olan pul baratlarının həcmində də 9%-lik geriləmə qeydə alınıb.  

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı