Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Gürcüstan maliyyə xidməti İnfrastrukturunu Orta Dəhlizdə regional inteqrasiyaya fokuslayır - BBN

Gürcüstan maliyyə xidməti İnfrastrukturunu Orta Dəhlizdə regional inteqrasiyaya fokuslayır

Gürcüstan Milli Bankının (GMB) prezidenti Natia Turnava SWIFT-in təşkil etdiyi SIBOS beynəlxalq konfransında əsas məruzəçi qismində çıxış edib.

N.Turnava çıxışı zamanı Gürcüstanın maliyyə xidmətləri sahəsində innovasiyaları, Orta Dəhliz boyunca strateji mövqeyi və qonşu ölkələrlə əməkdaşlıq istiqamətlərinə toxunub. O bildirib ki, Orta Dəhlizdə regional tərəfdaşlıq və maliyyə xidmətlərinin inkişafı qlobal iqtisadi qeyri-müəyyənlik və parçalanmaya qarşı tarazlıq yarada bilər.

Bank rəhbəri həmçinin vurğulayıb ki, Gürcüstan Vahid Avropa Ödəniş Sahəsinə (SEPA) üzv olmaq üçün rəsmi müraciət edib. Bu addım Avropa ilə ödəniş əməliyyatlarının səmərəli icrasına, eyni zamanda ticarət və nəqliyyat əlaqələrinin gücləndirilməsinə xidmət edəcək.

Onun sözlərinə görə, Gürcüstan və tərəfdaş ölkələr innovativ, təhlükəsiz və inklüziv maliyyə ekosistemləri formalaşdıraraq regional çağırışları imkanlara çevirə bilərlər. Bu isə həm regionun, həm də qlobal maliyyə sabitliyinin möhkəmlənməsinə töhfə verəcək.

Konfransda GMB-nin Maliyyə Bazarları Departamentinin rəhbəri Aleksandre Xazaradze və Ödəniş Sistemləri Departamentinin rəhbəri Natalia Çkoidze də iştirak ediblər.

Related posts

Expressbankın xalis mənfəəti ilin ilk rübündə 35%-dən çox artıb

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

“Bank Respublika”nın “Qızıl Seçim” lotereyasının ikinci tirajına sayılı günlər qaldı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı