Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Gürcüstandan ən çox pul Azərbaycana köçürülüb - BBN

Gürcüstandan ən çox pul Azərbaycana köçürülüb

Bu ilin iyul ayında Gürcüstandan xaricə pul köçürmələrində Azərbaycan ilk sırada qərarlaşıb.

BBN.az Gürcüstan Milli Bankına istinadən xəbər verir ki, ötən ay Gürcüstandan xaricə ümumilikdə 39 milyon ABŞ dolları və ya 102,8 milyon lari köçürülüb. Bu, 2025-ci ilin iyul ayı ilə müqayisədə 4,7% çoxdur.

Hesabat dövründə Gürcüstandan Azərbaycana 6,985 milyon ABŞ dolları göndərilib. Bununla da Azərbaycan xaricə pul köçürmələrinin həcminə görə birinci yerdə qərarlaşıb.

İkinci yerdə 6,435 milyon ABŞ dolları ilə Türkiyə, üçüncü yerdə isə 3,663 milyon ABŞ dolları ilə Rusiya qərarlaşıb.

Qeyd edək ki, ötən ilin iyul ayında Gürcüstandan ən çox pul Türkiyəyə köçürülmüşdü. Bu il isə Azərbaycan Türkiyəni geridə qoyaraq liderliyə yüksəlib.

Xaricə pul köçürmələrində ilk onluqda Ukrayna (2,436 milyon dollar), Özbəkistan (2,43 milyon dollar), Yunanıstan (2,247 milyon dollar), Qazaxıstan (1,916 milyon dollar), İtaliya (1,395 milyon dollar), Almaniya (1,168 milyon dollar) və Ermənistan (1,029 milyon dollar) da yer alıb.

Related posts

Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – Spark ’26- ya qeydiyyatı açıq elan edir

Azərbaycanda 1,3 milyard manat sosial ödəniş həyata keçirilib

Xalq Bank müştərilərinə illik 10,5%-dək gəlir əldə etmək imkanı yaradır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı