Hansı hallarda ali təhsil alan tələbələrin valideynlərinə vergi güzəşti tətbiq olunur?

Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

BBN.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, qanunvericiliyin bu tələbini şərh edən iqtisadçı-ekspert Aqil Ağayevin sözlərinə görə, bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədə olanların öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır.

Qeyd olunub ki, fiziki şəxslərin vergi tutulan gəliri uşağın doğulduğu və himayədə olanın himayəyə götürüldüyü aydan başlayaraq azaldılır. Himayədə olanların sayı il ərzində azaldıqda (uşaqların ölüm halları istisna olmaqla) himayədə olanların sayının azaldığı an sonrakı aydan başlayaraq onların saxlanması üçün məbləğin çıxılmasına xitam verilir.

Ekspert nəzərə çatdırıb ki, himayədə olanlara görə əməkhaqqından tutulan gəlir vergisindən güzəşt aşağıdakı sənədlərə əsasən verilir:

– Ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı;

– Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən verilmiş arayışları.

A.Ağayev, həmçinin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.6.1-ci maddəsinə əsasən, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslərin (uşaqlardan başqa) və qanuna əsasən tam dövlət təminatında olan şəxslərin himayədə olanlara aid edilmədiyini nəzərə çatdırıb.

Related posts

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı