Hava nəqliyyatı ilə idxal-ixrac yüklərinin daşınması azalıb

Bu ilin yanvar ayında Azərbaycanda hava nəqliyyatı ilə 109 milyon 991 min ABŞ dolları dəyərində 936 ton idxal-ixrac yükləri daşınıb.

BBN.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 33,9 % və 38 % azdır.

Ötən ay hava nəqliyyatı ilə 104 milyon 546 min ABŞ dolları (17,4 % az) dəyərində 822 ton (15,6 % çox) idxal və 5 milyon 444 min ABŞ dolları (4,5 dəfə az) dəyərində 114 ton (5,1 dəfə az) ixrac əməliyyatları həyata keçirilib.

Related posts

Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi hazırlanacaq

Azərbaycan Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya üzv olub

2025-ci ilin ən fəal sahibkarları mükafatlandırılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı