Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Hesablama Palatası ARDNF-yə qızıl aktivləri ilə bağlı tövsiyə verib - BBN

Hesablama Palatası ARDNF-yə qızıl aktivləri ilə bağlı tövsiyə verib

Hesablama Palatası Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) investisiya portfelində qızıl aktivlərinin payının əhəmiyyətli dərəcədə artması fonunda diversifikasiya prinsipinin qorunmasını tövsiyə edib.

Bu barədə Hesablama Palatasının ARDNF-nin vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin audit nəticələrinə dair hesabatında bildirilib.

Hesabata əsasən, 2025-ci ilin sonunda Fondun investisiya portfelinin dəyəri 73,54 milyard ABŞ dollarına çatıb. Bu göstərici 2024-cü ilin sonu ilə müqayisədə 13,51 milyard ABŞ dolları və ya 22,5% artıb.

Eyni dövrdə portfeldə qızıl aktivlərinin dəyəri 12,35 milyard ABŞ dollarından 28,06 milyard ABŞ dollarına yüksəlib. Nəticədə qızıl aktivlərinin investisiya portfelində xüsusi çəkisi 38,2%-ə çataraq portfelin ən böyük aktiv sinfinə çevrilib.

Hesablama Palatası qızıl aktivlərinin xüsusi çəkisinin qısa müddət ərzində əhəmiyyətli dərəcədə artmasını nəzərə alaraq, aktivlərin diversifikasiyası prinsipinin qorunmasını məqsədəuyğun hesab edib.

Bununla yanaşı, Palata qızıl aktivləri üzrə konsentrasiya risklərinin qiymətləndirilməsini və strateji aktiv bölgüsünün mütəmadi olaraq yenidən nəzərdən keçirilməsini tövsiyə edib.

Related posts

“TuranBank” Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı

Maliyyə Nazirliyi 174 milyon manatı kommersiya banklarında depozitə yerləşdirib

AMB-də süni intellektin maliyyə sektorunda tətbiqi müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı