Hesablama Palatası Yaponiya Audit Şurası ilə əməkdaşlığın perspektivlərini müzakirə edib

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Yaponiyada səfərdədir.

Palatadan BBN.AZ-a verilən məlumata əsasən, səfər çərçivəsində Hesablama Palatasının sədri iyunun 6-da Yaponiya Audit Şurasının prezidenti Morita Yuji ilə görüşüb. Görüş zamanı iki qurum arasında əməkdaşlığın perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, həmçinin qurumların fəaliyyəti barədə məlumatlandırıcı təqdimatlar dinlənilib.

Sonra nümayəndə heyəti ASOSAI (Ali Audit Qurumlarının Asiya Təşkilatı) təşkilatı nəzdində Potensialın Artırılması Administratoru qismində fəaliyyət göstərən Yaponiya Ali Audit Qurumunun təlim mərkəzi ilə tanış olub, təlimlərin təşkili və istiqaməti barədə ətraflı məlumat əldə edib.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı