Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Heydər Əliyev İli” ilə bağlı keçirilən silsilə tədbirlər davam edir - BBN

“Heydər Əliyev İli” ilə bağlı keçirilən silsilə tədbirlər davam edir

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində keçirilən silsilə tədbirlər davam edir.

Nazirliyin “Heydər Əliyev İli” ilə bağlı təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq il ərzində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində keçirilən bütün təlim, seminar, regional tədris və digər bu kimi tədbirlər çərçivəsində “Ulu öndər Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda video-çarxlar nümayiş etdirilir və mühazirələr təşkil olunur.

Mərkəzdə və Nazirliyin yerli bölmələrində, o cümlədən Gəncə şəhəri, Füzuli və Ağdam rayonlarında “Heydər Əliyev və Azərbaycanın dayanıqlı maliyyə siyasəti” mövzusunda açıq dərslər, həmçinin Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ilə birgə “Heydər Əliyev – Azərbaycanın maliyyə-iqtisadi sabitliyin əsasları” mövzusunda seminar keçirilib, tədbir iştirakçılarına “Heydər Əliyev 100” başlığı ilə çap olunmuş təlim-tədris materialları hədiyyə edilib.

Related posts

Bu ilin I rübündə 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Cari ilin I rübündə sahibkarlara 16 “Startap” şəhadətnaməsi verilib

“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin Asiya qitəsi üzrə tərəfdaşları elan edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı