Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Hindistan “Amazon”u rəqabəti pozmaqda ittiham edib - BBN

Hindistan “Amazon”u rəqabəti pozmaqda ittiham edib

Hindistanın tənzimləyici orqanları Amerikanın “Amazon” və Hindistanın “Flipkart”  şirkətlərini antiinhisar qanunlarını pozmaqda ittiham edib.

BBN.az  xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Hindistan Rəqabət Komissiyasının (CCI) antiinhisar araşdırması “Amazon” və “Flipkart”ın seçilmiş satıcılara üstünlük verərək yerli rəqabət qanunlarını pozduğunu müəyyən edib. Onlar məhsulların qiymətlərini kəskin şəkildə aşağı salmaqla müəyyən satıcılara üstünlük verib və digər şirkətlərə ziyan vurub.

Komissiyanın baş direktoru Şiva Prasadın sözlərinə görə, bu, təkcə azad və ədalətli rəqabətə deyil, həm də istehlakçıların maraqlarına ziddir.

CCI hesabatında həmçinin “Samsung”, “Xiaomi”, “Motorola”, “Realme” və “OnePlus”un Hindistan bölmələrinin rəqabət qanununu pozaraq “Amazon” və onun törəmə şirkətləri ilə “sövdələşmə” yolu ilə telefon satışına başladığı bildirilib. Oxşar ittihamlar “Flipkart”a qarşı da irəli sürülüb. Bu saytla bağlı hesabata “Samsung”, “Xiaomi”, “Motorola”, “Vivo”, “Lenovo” və “Realme” daxildir.

Related posts

Bazarın nəbzi döyünür: Kriptovalyuta dünyası və texnologiya nəhəngi Nvidia-nın uğurlu nəticələri fonunda Bitcoin yenidən yüksəlişdədir!

Süni İntellektə Milyardlıq Sərmayə İnsanları İşsiz Qoyur: “Meta” Səhər Saat 4-də Kütləvi İxtisarlara Başladı!

2026-cı ilin ən böyük sosial media platformaları

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı