Hollandiya Uber-i 290 milyon avro cərimələyib

Hollandiyanın Məlumatların Mühafizəsi Təşkilatı Uber-i Avropada sürücülərin şəxsi məlumatlarını Avropa İttifaqının (Aİ) qaydalarını pozaraq ABŞ-a göndərdiyinə görə 290 milyon avro cərimələyib.

BBN.az xəbər verir ki, Hollandiyanın Məlumatların Mühafizəsi Təşkilatı (DPA) tərəfindən verilən açıqlamada, Uber-in Avropadakı taksi sürücülərinin bank hesabları, taksi lisenziyaları, fotoşəkillər, ödəniş məlumatları, şəxsiyyət sənədləri, cinayət və tibbi qeydlər kimi müxtəlif şəxsi məlumatlarının lazımi qaydada qorunmadığını və müvafiq qaydada mühafizə orqanlarına göndərildiyi bildirilib

Açıqlamada, Uber-in Avropa mərkəzinin Hollandiyada olduğu və Fransadakı sürücülərin şikayəti ilə araşdırmaya başlanıldığı və şirkətin söz mövzusu məlumat ötürülməsinə son verdiyi ifadə edildi.

Related posts

Türkiyə Mərkəzi Bankından yeni inflyasiya – Proqnozu

Yeni hesabat ABŞ Mərkəzi Bankına uçot faiz dərəcəsi ilə bağlı təzyiq yaradır

Türkiyə Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı