“Honda” koronavirusla mübarizəyə dəstək göstərir

Yapon avtomobil istehsalçısı “Honda Motors” koronavirus pandemiyası dövründə test nəticəsi pozitiv çıxan xəstələrin daşınması üçün xüsusilə modifikasiya edilmiş avtomobillərin təminatına başlayıb. Bu avtomobillərin əsas xarakteristikası virus daşıyıcısı olan şəxslərin bir məntəqədən digərinə aparılması zamanı avtomobilin sürücüsünün yoluxma riskini minimallaşdırmasıdır.

Belə ki, avtomobilin ön və arxa hissələri arasında sərhədin mövcud olması ilə yanaşı, bu hissələrdə hava təzyiqinin müxtəlif olması da təmin edilib. Bu isə, son nəticədə yoluxan şəxsin öskürərkən və ya asqırarkən avtomobilə yaydığı damlaların sürücü kabininə keçməsinə imkan vermir.

“Honda” şirkəti artıq Tokio şəhərindəki bir çox dövlət xəstəxanasını bu avtomobillər ilə təmin edib. Ümumilikdə isə, paytaxt xəstəxanalarına sözügedən avtomobillərdən 50 ədəd veriləcək.

Digər bir yapon avtomobil istehsalçısı “Toyota” da bu mübarizəyə öz töhfəsini verib. Belə ki, “Toyota” öz texnologiyalarından istifadə etməklə üz sipəri istehsalını həyata keçirəcək və səhiyyə işçilərini bu üz sipərləri ilə ödənişsiz təmin edəcək. İlkin olaraq, həftəlik 500-600 üz sipərinin istehsalı planlaşdırılır.

Related posts

Şərq Tərəfdaşlığı ölkələrinin İKT və kibertəhlükəsizlik assosiasiyaları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Smartfon bazarı süni intellektin təsiri ilə 6 faiz böyüdü

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı