Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Hörmüz boğazının açılması ilə bağlı qeyri-müəyyənlik və husi hücumları neft qiymətlərini bahalaşdırır - BBN

Hörmüz boğazının açılması ilə bağlı qeyri-müəyyənlik və husi hücumları neft qiymətlərini bahalaşdırır

Neft qiymətləri bazar ertəsi günü artım tendensiyasını davam etdirib. Buna səbəb strateji əhəmiyyətə malik Hörmüz boğazının yenidən açılması ilə bağlı yaranan qeyri-müəyyənliyin tədarük narahatlıqlarını yenidən alovlandırması, həmçinin İran tərəfindən dəstəklənən husilərin Səudiyyə Ərəbistanının enerji infrastrukturuna qarşı həyata keçirdiyi yeni hücumların geosiyasi riskləri artırmasıdır.

Brent markalı neftin fyuçersləri 1.1% bahalaşaraq bir barrel üçün 84.45 dollara, WTI markalı yüngül neftin fyuçersləri isə 1.2% artımla 78.18 dollara çatıb. Brent markalı neft son üç sessiya ərzində 5%-dən çox dəyər qazanıb.

Hörmüz boğazı ətrafında qeyri-müəyyənlik qalır

Bazar günləri İranın xarici işlər naziri Abbas Əraqçi Omanla boğaz vasitəsilə yeni gəmiçilik marşrutunun yaradılmasına dair sazişin “çox yaxın” olduğunu bildirib. Lakin o, hər hansı razılaşmanın boğazı dərhal açmayacağını vurğulayaraq qlobal enerji axınının tezliklə bərpa olunacağı ilə bağlı ümidləri səngitib.

İran iyun ayında əldə olunmuş müvəqqəti sazişin pozulduğunu əsas gətirərək hazırda ABŞ ilə birbaşa danışıqlardan imtina edir. Tehran boğazın tam açılması üçün ABŞ dəniz blokadasının dayandırılması, sanksiyaların ləğvi və müharibə zərərlərinin ödənilməsi kimi şərtlər irəli sürür. Vaşinqton su yolunun idarə olunması ilə bağlı müzakirələrdə iştirak etdiyini desə də, Tehran bu iddianı təkzib edir. Mövcud gərginlik fonunda tranzit fəaliyyəti məhdud olaraq qalır, hətta həftəsonu boğazdan keçən “Abu Dhabi National Oil Co.” şirkətinə məxsus tanker də hədəfə alınıb.

Husilərin hücumları tədarük risklərini artırır

Geosiyasi gərginliyin daha da dərinləşə biləcəyi Qırmızı dəniz regionunda husi qruplaşmasının Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilindəki Cizan neft emalı zavoduna hücum etməsi vəziyyəti mürəkkəbləşdirib. Səudiyyə rəsmiləri zavodda baş verən yanğının söndürüldüyünü açıqlayıblar.

Mütəxəssislər bildirirlər ki, tərəflər arasında danışıqlarda müəyyən irəliləyiş əlamətləri görünsө də, qarşılıqlı inamsızlıq və sərt ritorika səbəbindən enerji bazarlarındakı risk premiyası hələ də yüksək olaraq qalır və treyderlər real tanker hərəkətliliyini və ya rəsmi sazişləri gözləyirlər.

Related posts

BP Azərbaycanda sosial investisiya layihələrinə 6 ayda 1,5 milyon dollara yaxın vəsait ayırıb

SOCAR kütləvi ixtisar iddialarına münasibət bildirib

SOCAR “Azəri-Çıraq-Günəşli” layihəsində iştirak payını 35,3 %-ə yüksəldib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı