Huawei ABŞ bazarını itirsə də hələ də sektorda mövqeyini qorumaqdadır

“Çinin elektronika məhsullar istehsalçısı Huawei-in xalis gəliri iki ardıcıl ildə kəskin enib. Söhbət 2021-ci ildə 13%, 2022-ci ildə isə 37%-dən gedir. ABŞ-ın sanksiyalarının təsirləri isə aydın görünür və ümumi mənfəət isə 2022-ci ildə 2018-ci ildəki 48%-dən 33%-ə enib. Maliyyə nəticələrinin pisləşməsindən dolayı şirkət 2020-ci ilin noyabrında özünün Honor brendini satıb”.

BBN.az xəbər verir ki, bu haqda Natixis-də aparıcı iqtisadçı çalışan Gary Ng özünün LinkedIn platformasında yazıb. 

“Lakin hələ də Huawei itki yaşamır və daha çox Çin bazarından asılıdır. Çin 2018-ci ildə onun ümumi mənfəətinin 52%-ni təşkil edib və 2022-ci ildə isə bu rəqəm 63%-ə çatıb. Lakin bu hələ də qeyri-müəyyəndir ki, Çin okeanın o tayındakı bazarı tamamilə əvəzləyəcək ya yox. Burada həmçinin təchizat problemləri də yarana bilər”, – deyə aparıcı iqtisadçı yazıb. 

Qeyd edək ki, əvvəldə bildirdiyimiz kimi martın 31-də Huawei-in illik mətbuat konfransı keçirilib. Konfransda 2022-ci il üzrə şirkətin maliyyə nəticələri və fəaliyyəti ilə bağlı məlumat ictimaiyyətə açıqlanıb.

Related posts

Şərq Tərəfdaşlığı ölkələrinin İKT və kibertəhlükəsizlik assosiasiyaları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Smartfon bazarı süni intellektin təsiri ilə 6 faiz böyüdü

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı