“Huawei” ABŞ-ın təzyiqlərinə baxmayaraq mənfəətini ikiqat artırıb

Huawei 2023-cü il üçün maliyyə nəticələrini açıqlayıb.

BBN.az xəbər verir ki, Çin şirkətinin gəlirləri keçən il əvvəlki ilə nisbətən 9,6 faiz artaraq 794,2 milyard yuana (99,2 milyard dollar) çatıb. Şirkətin xalis mənfəəti 144,5 faiz artaraq 87 milyard yuana (11,2 milyard dollar) çatıb.

İstehlak texnologiyaları bölməsindəki bərpa ümumi gəlirin artmasında təsirli olsa da, şirkətin smartfonlar və avtonom sürücülük sahələrində inkişaf etdirdiyi yeni məhsullar ABŞ-ın ixrac qadağalarının təsirini azaldıb.

Huawei bu yaxınlarda 2023-cü ilin avqustunda Çində Mate 60 Pro seriyasını təqdim edərək smartfon bazarında adından söz etdirməyə başladı. Beləliklə, Huawei 2023-cü ildə Çinin smartfon istehsalçıları reytinqində 5-ci yerdən 4-cü yerə yüksəldi.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı