Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun ilk onlayn iclası keçirilib - BBN

“Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun ilk onlayn iclası keçirilib

10 aprel 2020-ci tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun ilk onlayn iclası keçirilib. Görüşdə Ekspert Qrupunun sədri Qorxmaz Ağayev və bankların rəhbər şəxslərindən ibarət olan Qrupun üzvləri iştirak edib.

İclasda koronavirus infeksiyasının (COVİD-19) Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün xüsusi karantin rejimində bankların fəaliyyətinin hüquqi tənzimlənməsi, banklar tərəfindən ödənilən rüsum və ödənişlərin mövcud vəziyyəti, pandemiyadan zərər çəkən sahibkarlıq subyektləri və müştərilər tərəfindən gecikdirilmə ehtimalı olan ödənişlərlə bağlı hüquqi fəaliyyət və digər bu kimi məsələlərinin müzakirəsi baş tutmuş, müvafiq təcrübə mübadiləsi aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Related posts

Azərbaycanda 2025-ci ildə bank köçürmələrinin əksəriyyəti rəqəmsal kanallarla həyata keçirilib

Təsərrüfatını böyütmək istəyənlər üçün fürsət!

ABB-dən “Fayda Max Abunəlik” proqramı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı