2026-cı ilin ilk yarısının yekunlarına görə, AccessBank-ın aktivləri 14 milyon 742 min manat artaraq 1 milyard 785 milyon 111 min manata çatıb.
BBN.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, hesabat dövründə kredit portfeli ilin əvvəli ilə müqayisədə 47 milyon 188 min manat artaraq 1 milyard 381 milyon 387 min manat təşkil edib.
Kredit portfelinin strukturunda biznes kreditləri 1 milyard 42,14 milyon manat, istehlak kreditləri isə 311,447 milyon manat olub.
Bank mümkün zərərlərin qarşılanması üçün 63,096 milyon manat həcmində məqsədli ehtiyat yaradıb. Nəticədə, müştərilərə verilmiş xalis kreditlərin həcmi 1 milyard 318,291 milyon manat təşkil edib.
İyulun 1-nə AccessBank-ın depozit portfeli 1 milyard 84,628 milyon manat olub. Bu göstərici ilin əvvəlində 1 milyard 132,381 milyon manat təşkil etdiyindən, altı ay ərzində depozit portfeli 47,753 milyon manat azalıb.
Depozitlərin strukturuna görə, fiziki şəxslərin əmanətləri 894,013 milyon manata yüksələrək 826 min manat artıb. Hüquqi şəxslərin depozitləri isə 190,615 milyon manat təşkil edib ki, bu da 48,579 milyon manat azalma deməkdir. Beləliklə, depozit portfelindəki geriləmə əsasən hüquqi şəxslərin vəsaitlərini bankdan çıxarması ilə əlaqədar olub.
Hesabat dövründə bankın səhmdar kapitalı dəyişməyərək 121,750 milyon manat səviyyəsində qalıb.
AccessBank 2026-cı ilin ilk yarısını 28,097 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ilin əvvəli ilə müqayisədə 7,157 milyon manat çoxdur.
Qeyd edək ki, AccessBank 2002-ci ildən fəaliyyət göstərir.