Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
I rübdə Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi 4,1 milyard dolları ötüb - BBN

I rübdə Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi 4,1 milyard dolları ötüb

Bu ilin yanvar-mart aylarında Azərbaycan və Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında ticarət dövriyyəsinin həcmi 4,104 milyard ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 1,2 milyard ABŞ dolları və yaxud 22,3% azdır.

Hesabat dövründə Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 23,5% azalaraq 3,540 milyard ABŞ dolları, idxalının dəyəri isə 13,6% azalaraq 564,023 milyon ABŞ dolları olub.

Hesabat dövrü ərzində Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 65,53%, idxalında payı isə 14,09% olub.

Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 177,4 milyon ABŞ dolları və yaxud 0,9% çoxdur.

Hesabat ilində Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 0,8% artaraq 16,9 milyard ABŞ dolları, idxalının dəyəri isə 1,6% artaraq 2,826 milyard ABŞ dolları olub.

Hesabat ili ərzində Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 67,66%, idxalında payı isə 11,59% olub.

Related posts

Şərqi Avropa ölkələrindən Azərbaycana səfər edənlərin sayı açıqlanıb

İsmayıllıda 189 şəhidin xatirəsinə “Qəhrəmanlar Bağı” salındı

2025-ci ildə Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 10 faizdən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı