İBF və MUSİAD nümayəndələri ilə müzakirələr aparılıb


İBF Forumunun (International Business Forum) vitse-prezidenti Qazi Mısırlı və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MUSİAD) nümayəndələri Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olublar.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə bu ilin noyabr ayında Bakıda keçiriləcək 25-ci İBF Forumuna hazırlıq işləri və tədbirin təşkilinə dair qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, forumun Azərbaycan və Türkiyə arasında biznes əməkdaşlığının genişləndirilməsinə, eləcə də biznes nümayəndələrinin iştirakı ilə çoxtərəfli biznes platformanın formalaşdarılmasına öz töhfəsini verəcəyi vurğulanıb.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı