Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İcarəyə götürülmüş əsas vəsaitlər üzrə 500 manatdan az məbləğdə çəkilmiş təmir xərcləri gəlirdən çıxılacaq - BBN

İcarəyə götürülmüş əsas vəsaitlər üzrə 500 manatdan az məbləğdə çəkilmiş təmir xərcləri gəlirdən çıxılacaq

Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdən biri də icarəyə götürülmüş əsas vəsaitlər üzrə çəkilmiş təmir xərclərinin ilin sonuna kapitallaşdırılmış məbləği 500 manatdan az olduğu təqdirdə, həmin məbləğlərin birbaşa olaraq gəlirdən çıxılan xərclərə aid edilməsi ilə bağlıdır.

Məlum olduğu kimi, 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclərin kapitallaşdırılaraq amortizasiya ayırmaları şəklində gəlirdən çıxılması nəzərdə tutulur. Vergi Məcəlləsinə əsasən, ilin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan az olduqda, qalıq dəyərinin məbləği birbaşa gəlirdən çıxılır.

Qeyd edilən hal nəzərə alınaraq, əsas vəsaitlərlə bağlı analoji yanaşmanın təmir xərclərinə də aid edilməsi qərara alınıb. Belə ki, dəyişikliklərə əsasən, icarəyə götürülmüş əsas vəsaitlər üzrə ilin sonuna kapitallaşdırılmış təmir xərcinin məbləği 500 manatdan az olduqda, həmin məbləğ birbaşa olaraq gəlirdən çıxılan xərclərə aid ediləcək.

Related posts

Azərbaycan iqtisadiyyatı 2026-cı ildə yenidən sürətlənəcək

Rusiyada illik inflyasiya 6%-ə çatıb

Yaponiya iqtisadiyyatı IV rübdə gözləntilərdən xeyli zəif artdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı