icaze.e-gov.az portalı və 8103 SMS icazə sistemi 4 may tarixinədək qüvvədə olacaq

Azərbaycan Respublikasında xüsusi karantin rejiminin 4 may 2020-ci il tarixinə qədər uzadılması ilə əlaqədar “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” müvafiq tarixədək fəaliyyətdə olacaq.

Xüsusi karantin rejimi müddətində əməkdaşlar üçün icazənin alınması ilə bağlı qeydiyyatdan keçmiş dövlət və özəl təşkilatların rahatlığını və onların iş prosesinin davamlılığını təmin etmək məqsədi ilə icaze.e-gov.az portalında qeydə alınmış bütün icazələrin müddəti 2020-ci il 4 may tarixinədək uzadılır. Bununla yanaşı yeni icazələrin əlavə olunması, mövcud icazələrin ləğvi və ya əməkdaşlar üçün icazənin qüvvədə olma müddətinin son tarixi müəyyənləşdirilə bilər. 

Eyni zamanda evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün isə vətəndaşlar tərəfindən mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kod və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi SMS-lə 8103 qısa nömrəsinə göndərilməlidir.

Vətəndaşlar SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan suallarla əlaqədar “ASAN xidmət”in 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Yaşı 65-dən yuxarı insanlara evdən çıxmaq qadağandır.

Videotəlimatlara keçid:

https://www.youtube.com/watch?v=ya2Rk-0Bmog&t=5s 
https://www.youtube.com/watch?v=LncKT2qkjLA

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı