Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Xüsusi karantin rejimi müddətində poçt şöbələri bazar günlərində də işləyəcək - BBN

Xüsusi karantin rejimi müddətində poçt şöbələri bazar günlərində də işləyəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin bütün poçt şöbələri (10, 14 və 114 saylı poçt şöbələri istisna olmaqla) bazar günləri də fəaliyyət göstərəcək.

Məqsəd Azərbaycan hökuməti tərəfindən tətbiq edilən xüsusi karantin rejimində əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, eləcə də işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsi prosesində operativliyin təmin olunmasıdır.

Paytaxtda və regionlarda yerləşən poçt şöbələri bazar günləri saat 09:00-dan 17:00-dək vətəndaşlara xidmət göstərəcək.

Qeyd edək ki, Bakı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşdakı “Şəbəkə” xidmət mərkəzləri də bazar günləri həmin saatlarda vətəndaşların xidmətindədir.

Related posts

Birgə açıqlama: NFC ödənişi zamanı hesabdan silinmənin gecikməsi avtorizasiya ilə bağlıdır

Tunis ilə ticarət dövriyyəsində artım var

Braziliyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi ilə əməkdaşlıq müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı