Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İcbari tibbi sığorta haqlarının hesablanma qaydası dəyişə bilər - BBN

İcbari tibbi sığorta haqlarının hesablanma qaydası dəyişə bilər

Male arm in suit offer insurance form clipped to pad and silver pen to sign closeup. Strike a bargain, driver money loss prevention, secure road trip, harmless drive idea, owner protective concept

Azərbaycanda qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün icbari tibbi sığorta haqqının ödənilməsi mexanizmi dəyişdirilə bilər.

Bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.

Təklifə əsasən, 2025-ci ildən etibarən sözügedən kateqoriya üzrə aylıq gəlir:

  • 2 500 manata qədər olduqda – sığortaolunan və sığortaedən hər biri gəlirin 2 %-i qədər,

  • 2 500 manatdan çox olduqda – artıq məbləğin 0,5 %-i qədər icbari tibbi sığorta haqqı ödəyəcək.

Hazırda qüvvədə olan qayda isə belədir: muzdla işləyən şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət istisna olmaqla), Milli Məclis və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən vəzifəli şəxslər əməkhaqqının 8 000 manata qədər olan hissəsindən sığortaolunan və sığortaedən üzrə hər biri 2 %, 8 000 manatdan yuxarı hissəsindən isə 0,5 % ödəyir.

Qanun layihəsi qəbul olunarsa, yeni mexanizm gələn ildən tətbiq edilə bilər.

Related posts

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı