İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləğinin ödənilməsi müddətinin 1 il uzadılması təklif olunur.
Bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi hazırlanıb və sənəd parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirə edilib.
Qeyd olunub ki, qüvvədə olan qanuna əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə edildikdə sığortaolunan şəxs müştərək maliyyələşmə məbləğini ödəməlidir.
Təklif edilən dəyişikliyə əsasən, sözügedən maddə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Xatırladaq ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir.