Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İcmal büdcədə 208 milyon manat kəsir yaranıb - BBN

İcmal büdcədə 208 milyon manat kəsir yaranıb

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 8 milyard 852,8 milyon manat, xərcləri isə 9 milyard 60,8 milyon manat səviyyəsində icra olunub.

Maliyyə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, hesabat dövründə icmal büdcədə 208 milyon manat həcmində kəsir (defisit) yaranıb.

İcmal büdcənin tərkib hissələri üzrə göstəricilərə əsasən, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2 milyard 131,8 milyon manat, xərcləri isə 2 milyard 52,9 milyon manat təşkil edib. İşsizlikdən Sığorta Fondunun gəlirləri 58,9 milyon manat, xərcləri 38,4 milyon manat olub.

İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 569,3 milyon manat, xərcləri 454,6 milyon manat səviyyəsində icra edilib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 1 milyard 7,9 milyon manat, xərcləri isə 3 milyard 217,1 milyon manat təşkil edib.

Eyni dövrdə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 104,4 milyon manat, xərcləri isə 98,8 milyon manat olub.

Related posts

Çağrı Mərkəzi və müştəri müraciətlərinin idarə edilməsi üzrə Gürcüstan səfəri başa çatmışdır

RABİTƏBANK VISA BEYNƏLXALQ ÖDƏNİŞ SİSTEMİNİN “PRINCIPAL MEMBER” STATUSUNU ƏLDƏ EDİB

RABİTƏBANKDAN DAHA BİR YENİLİK! ELEKTRİKLİ AVTOMOBİLLƏRİN ŞARJ ÖDƏNİŞLƏRİNƏ 10% KEŞBEK

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı