Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İctimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarların nəzərinə! - BBN

İctimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarların nəzərinə!

Məlumat verildiyi kimi avqustun 18-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin, Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) bərpa olunub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) fəaliyyətləri zamanı zəruri sosial davranış və sanitariya-gigiyena qaydalarının tələblərinə, müştəri qəbulu zamanı adambaşına müəyyən edilmiş sıxlıq normalarına riayət edilməsinin, eləcə də ictimai iaşə obyektləri üçün koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişin tələblərinə əməl olunmasının vacibliyini bir daha sahibkarların diqqətinə çatdırır.

İctimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarlar müvafiq qaydalara əməl etməklə həm özlərinin, həm də işçilərinin və müştərilərinin sağlamlığını qorumuş olacaqlar.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı