İctimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib.

Sosialyönümlülük baxımından ən optimal variant seçilməklə aşağıda qeyd olunan tariflərin tətbiqi məqsədəuyğun hesab edilib:

  • Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik;
  • Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik;
  • Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik.

Eyni zamanda ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri yenilənib (əlavə olunur). Lakin Bakı-Naxçıvan / Naxçıvan-Bakı istiqamətləri üzrə hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətinin tarifində dəyişiklik edilməyib.

 

Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi

Marşrut  

Məsafə

(dövrün uzunluğunun yarısı)

Tarif

(manat)

Şəhərdaxili

(rayondaxili)

məsafədən asılı olmayaraq 0,50

 

 

Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi

Bir gediş üzrə 0,50 manat

 

Ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri

Marşrut Məsafə

(dövrün uzunluğunun yarısı)

Tarif

(manat)

I II III
Şəhərətrafı və qəsəbələrarası 15 km-dək (15 km daxil olmaqla) 0,50
15 km-dən 30 km-dək (30 km daxil olmaqla) 0,60
30 km-dən 40 km-dək (40 km daxil olmaqla) 0,70
40 km-dən 45 km-dək (45 km daxil olmaqla) 0,80
45 km-dən 50 km-dək (50 km daxil olmaqla) 1,00
50 km-dən yuxarı 1,10

 

Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri (əks istiqamət üzrə eyni olmaqla)

İstiqamətlər Tariflər (ƏDV daxil, manatla)Ə
1. Bakı-Naxçıvan / Naxçıvan-Bakı 70.00
2. Naxçıvan-Gəncə / Gəncə-Naxçıvan 60.00
3. Bakı-Gəncə / Gəncə-Bakı 84.00
4. Bakı-Qəbələ / Qəbələ-Bakı 65.00
5. Bakı-Füzuli / Füzuli-Bakı 78.00
6. Bakı-Zəngilan / Zəngilan-Bakı 83.00
7. Bakı-Lənkəran / Lənkəran-Bakı 65.00
8. Bakı-Zaqatala / Zaqatala-Bakı 84.00

Related posts

Daha 149 mənzil satmaq öhdəliyi ilə kirayə şərtləri ilə vətəndaşlara təqdim edilir

Xalq Bank 2024-cü ilin II rübünün yekunlarını açıqladı

Bakı metrosu ilə sərnişindaşıma 4%-dən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı