Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
SOCAR-ın Müşahidə Şurasının sədrinin iştirakı ilə “SOCAR Downstream Management” şirkətində görülmüş işlərlə əlaqədar hesabat görüşü keçirilib - BBN

SOCAR-ın Müşahidə Şurasının sədrinin iştirakı ilə “SOCAR Downstream Management” şirkətində görülmüş işlərlə əlaqədar hesabat görüşü keçirilib

Azərbaycan Respublikasının iqtisadiyyat naziri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun, iqtisadiyyat nazirinin müavini, SOCAR-ın Müşahidə Şurasının üzvü Anar Axundovun, SOCAR-ın prezidenti Rövşən Nəcəfin və şirkətin vitse-prezidentlərinin iştirakı ilə “SOCAR Downstream Management” şirkətində (SDM) görülmüş işlərlə əlaqədar hesabat görüşü keçirilib.

Görüşdə emal sektorunda görülən transformasiya işlərinin ölkənin dayanıqlı inkişafında və iqtisadi potensialının artırılmasında önəmi vurğulanıb.

Görüş çərçivəsində SDM tərəfindən həyata keçirilən layihələr barədə ətraflı təqdimat dinlənilib, Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənqurma işlərinin gedişatı müzakirə edilib. SOCAR-ın emal seqmenti üzrə fəaliyyət istiqamətləri, SDM tərəfindən NEZ-də və digər emal zavodlarında icra olunan transformasiya, rəqəmsallaşdırma layihələri, əməliyyat mükəmməlliyi proqramları, enerji səmərəliliyinin artırılması istiqamətində icra olunan tədbirlər və digər təşəbbüslər üzrə fikir mübadiləsi aparılıb.

Related posts

Azərbaycan İsveçrəyə neft ixracını 3 dəfə artırıb

Neft bazarında İran həyəcanı: Brent həftə ərzində 5%-dən çox bahalaşır

Azərbaycan Hava Yolları və ABB təyyarə göyərtəsində POS ödəniş imkanını istifadəyə verib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı