İİTKM-də korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair tədbir keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı tədbir keçirilib.

Tədbirdə korrupsiya anlayışı və onun formaları barədə məlumat verilib, korrupsiyaya qarşı mübarizənin davamlı olmasından danışılıb və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı İİTKM tərəfindən  2022-ci il üçün iş planı üzrə görülən işlərə dair illik hesabat müzakirə olunub. Daha sonra tədbir iştirakçılarının müzakirəsinə  “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası üzrə İİTKM-in 2023-cü il üçün iş planı təqdim edilib.

Tədbir iştirakçıları iş planını irəli sürülən təklif və tövsiyələr nəzərə alınmaqla rəhbərliyə təqdim edilməsini qərarlaşdırıblar.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı