Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İİTKM-də Qars Ticarət və Sənaye Palatası üzvləri ilə görüş keçirilib - BBN

İİTKM-də Qars Ticarət və Sənaye Palatası üzvləri ilə görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Türkiyənin Qars Ticarət və Sənaye Palatası üzvlərinin Azərbaycana səfəri çərçivəsində görüş keçirilib. Görüşdə İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn Azərbaycan və Türkiyə arasında ticarət əlaqələrinin artırılmasının yolları haqqında danışıb. Eyni zamanda o, işğaldan azad olunmuş ərazilərdə mövcud olan investisiya imkanları və dövlətin iqtisadi təşviq alətləri haqqında geniş təqdimatla çıxış edib.

İİTKM-in operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov isə Azərbaycan məhsullarının ixracı və xarici ticarət tərəfdaşları ilə əlaqələrin qurulmasında portalın rolu barədə məlumat verib. O, “azexport.az” saytında təqdim olunan xidmətlər,  xarici bazarlara çıxış üçün sahibkarlara göstərilən dəstək barədə danışıb.

Türkiyənin Qars Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Kadir Bozan və nümayəndə heyətinin digər üzvləri Qars vilayətində təmsil etdikləri biznes qurumları barədə məlumat verib və Azərbaycanla biznes və ticarət əlaqələrinin inkişafında maraqlı olduqlarını ifadə ediblər.

Related posts

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Bank və ticarət sektorları nağdsız ödənişlərin inkişafı üzrə əməkdaşlığı genişləndirir

Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026 (IFBS 2026) uğurla başa çatdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı