Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İİTKM-də Türk Ağsaqqalları Birliyinin nümayəndələri ilə görüş keçirilib - BBN

İİTKM-də Türk Ağsaqqalları Birliyinin nümayəndələri ilə görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin (TAİB) sədri və üzvləri ilə görüş keçirilib. Qonaqları qəbul edən İİTKM-in icraçı direktoru Vüsal Qasımlı  açılış nitqi ilə çıxış edib. O bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə Türk dünyasına inteqrasiya ölkədə aparılan siyasətin əsas istiqamətlərindən biridir və Türk dünyası dövlətlərinin inteqrasiyası üçün bu gün daha əlverişli şərait yaradılıb. Dövlətlərarası iqtisadiyyat, mədəniyyət, təhsil, nəqliyyat və digər sahələr də daxil olmaqla əməkdaşlıq potensialı inkişaf etdirilir.

Daha sonra TAİB sədri Sudeyf İmamverdiyev rəhbərlik etdiyi təşkilat adından İİTKM-ə təşəkkürünü bildirib. S.İmamverdiyev əlavə edib ki, son bir neçə il ərzində türk dövlətləri arasında beynəlxalq əməkdaşlıqla bağlı xeyli irəliləyiş əldə olunub və onun rəhbərlik etdiyi təşkilat bu proseslərə töhfə vermək arzusundadır.

TAİB-in fəaliyyətinə dair video təqdimatın ardınca təşkilatın sədr müavini Eyvaz Hünbətov çıxış edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Ayhan Satıcı türk dünyasına inteqrasiya ilə bağlı görülən işlərdən danışıb. Bundan başqa TAİB-in İdarə Heyətinin üzvü, Turan Elmlər Akademiyasının vitse-prezidenti Sabir Tağıyev, TAİB Qadınlar Şurasının sədri Güllü Yoloğlu, eləcə də TAİB Gənclər Təşkilatının sədri Sübhan Xıdırzadə çıxışlar ediblər. 

Müzakirə zamanı  Azərbaycanın “Türk Dünyası 2040 Vizyonu” mövzusunda keçirilən konfransa verdiyi töhfə və bu istiqamətdə aparılan işlərdən danışılıb.

Yekunda qurumlar arasında gələcəkdə qarşılıqlı əlaqələrin qurulması, eləcə də birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.  

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı