Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İİTKM-də “Vahid Elektron Hesabatlılıq Portalı” üzrə təlimlər davam edir - BBN

İİTKM-də “Vahid Elektron Hesabatlılıq Portalı” üzrə təlimlər davam edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən Dövlət Proqramlarının monitorinq və qiymətləndirilməsinin mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsi məqsədilə yaradılmış “Vahid Elektron Hesabatlılıq Portalı”ndan (portal.monitoring.gov.az) istifadə qaydalarına dair təlimlər davam etdirilir.

Növbəti sessiyalar “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” və “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı” çərçivəsində aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə keçirilib. Təlimlərin ikinci günündə İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak ediblər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Təranə Salıfova portalın məqsədi və funksionallığı barədə ətraflı məlumat verib. Daha sonra dövlət qurumlarının nümayəndələrinə Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşı Arzu Süleymanov tərəfindən  portala məlumatların daxil edilməsi, hesabatlılığın formalaşdırılması, layihə monitorinqi və hesabatların hazırlanması üzrə funksiyalar təqdim edilib. Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşı Gültac Əhmədzadə-Tapdıqzadə isə portal daxilində qurulmuş “Layihə İdarəetmə Modulu”na dair məlumat verib.

Related posts

Asiya İnkişaf Bankı CAREC ölkələrində yeni nəsil sərhəd-keçid məntəqələrinin inkişafını dəstəkləyir

S&P Azərbaycanda 2026-cı ilə real ÜDM artımı ilə bağlı proqnozlarını verib

Qlobal inflyasiya arta bilər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı