Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İİTKM-də Yerin təkinin geoloji öyrənilməsinə dair Dövlət Proqramı müzakirə edilib - BBN

İİTKM-də Yerin təkinin geoloji öyrənilməsinə dair Dövlət Proqramı müzakirə edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın 2023-cü il üzrə monitorinq və qiymətləndirmə hesabatı müzakirə olunub. Müzakirə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərgold” QSC ilə birgə aparılıb.

Açılış nitqi ilə çıxış edən İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Dövlət Proqramının uğurla icra olunduğunu bildirərək 2023-cü il üzrə monitorinq nəticələri barədə məlumat verib. O qeyd edib ki, uğurlu antiterror əməliyyatından sonra Xankəndi və ətraf ərazilərin reinteqrasiyası Dövlət Proqramının icrasına müsbət təsirini göstərməklə yanaşı, həm də  qarşıya qoyulmuş hədəflərdə müvafiq dəyişikliklər aparılmasını zəruri edir.

Daha sonra İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Salıfova bildirib ki, 2023-cü il üçün monitorinq Dövlət Proqramının 8 prioritet istiqamətini əhatə edən 43 tədbir, 77 alt-tədbir üzrə aparılıb. O, Dövlət Proqramının prioritetlərinin icrası çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən ən mühüm layihələri diqqətə çatdırıb. Proqramın icrası çərçivəsində aparılan işlərin mövcud mineral xammal bazasının genişləndirilməsi, mineral xammala və yeraltı sulara (şirin, mineral, termal, sənaye) tələbatın ödənilməsi, dağ-mədən sənayesinin inkişafında vacibliyi vurğulanıb.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov proqram idarəetməsinə uyğun olaraq həyata keçirilən işlər barədə məlumat verib. Sonra Dövlət Proqramı üzrə əsas icraçı qurumlar olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərgold” QSC, Geoloji Kəşfiyyat Agentliyi və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin nümayəndələri çıxış edərək Proqramın icrasının sürətləndirilməsi istiqamətində rəy və təkliflərini diqqətə çatdırıblar.

Sonda Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov İİTKM-in “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində olub, buranın fəaliyyəti barədə məlumat alıb.

Qeyd edək ki, “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli 1941 nömrəli Sərəncamı ilə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin monitorinq və qiymətləndirilməsi İİTKM tərəfindən həyata keçirilir.

Related posts

ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

BMT rəsmisi: “Azərbaycanda sosial-iqtisadi artım üçün sıx əməkdaşlıq edirik”

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı