İİTKM Dünya Bankı ilə əməkdaşlığı genişləndirir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Layihələr departamentinin rəhbəri Vüsalə Cəfərova ilə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Sara Maykl arasında görüş keçirilib. Görüşdə idarəetmənin təkmilləşdirilməsində monitorinq və qiymətləndirmənin rolu və Dünya Bankının Azərbaycanda milli monitorinq və qiymətləndirmə potensialının qurulmasına göstərdiyi dəstək müzakirə olunub.

Xanım Cəfərova Dünya Bankının Ölkə üzrə menecerinə Azərbaycanda monitorinq və qiymətləndirmə potensialının qurulması, Strateji Yol Xəritələrinin monitorinq və qiymətləndirilmə metodologiyası və çərçivənin hazırlanmasında göstərdiyi dəstəyinə görə təşəkkür edib. “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydasının” ortamüddətli xərclər çərçivəsi və dövlət maliyyəsinin idarə edilməsini təkmilləşdirməklə dövlət xərclərinin idarəedilməsində fiskal intizamı artırdığı qeyd olunub.

Xanım Sara Maykl monitorinq və qiymətləndirmə hesabatlarının hazırlanması və nəşr edilməsində, eləcə də dövlət proqramlarının nəticələrə əsaslanan monitorinq və qiymətləndirmə metodologiyası əsasında təhlili və bu sahədə dünyanın qabaqcıl sistemlərindən birinin qurulmasında İİTKM-in rolunu yüksək qiymətləndirib. Xanım Maykl monitorinq və qiymətləndirmə sahəsində dünyanın aparıcı qurumları və şəbəkələri ilə İİTKM arasında əməkdaşlığın qurulması və beynəlxalq qiymətləndirmə qurumlarına inteqrasiyası sahəsində dəstək verməyə maraqlı olduğunu bildirib. Eyni zamanda, Dünya Bankının Azərbaycandakı fəaliyyəti və hazırlanmaqda olan yeni ölkə strategiyası barədə məlumat verib. Yeni ölkə strategiyasında innovativ, rəqəmsal və bilik əsaslı iqtisadi inkişafa dəstək verəcək layihələrə və istiqamətlərə  üstünlük veriləcəyini qeyd edib.

Sonda Dünya Bankına İİTKM-in beş illik yubileyinə dair icmal və Mərkəzin operator olduğu online platformalar barədə materiallar təqdim olunub.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı