Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İİTKM-in şöbə müdiri “Azərbaycan Halal Biznes və Turizm Forumu”nda iştirak edib - BBN

İİTKM-in şöbə müdiri “Azərbaycan Halal Biznes və Turizm Forumu”nda iştirak edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova “Azərbaycan Halal Biznes və Turizm Forumu”nda iştirak edib. “Regionda halal turizmin inkişafı” adlı panel sessiyaya moderatorluq edən V.Cəfərova qlobal miqyasda halal turizmin inkişaf dinamikası və gələcək perspektivləri barədə məlumat verib. O, turizmin inkişafının dövlətin prioritet istiqamətlərindən biri olduğunu bildirib, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm potensialı və həyata keçirilən layihələri xüsusi qeyd edib. Panel sessiyada İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutundan(SMIIC), həmçinin Azərbaycan, Böyük Britaniya, Pakistan, Bosniya və Herseqovinadan olan nümayəndələr halal turizm mövzusunda təqdimatlarla çıxış ediblər.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən forumda 20-yə yaxın ölkədən rəsmi şəxslər, mütəxəssislər, sahibkarlar, akademik dairələrin və beynəlxalq təşkilatların nümayəndələri  iştirak edirlər. İki gün davam edəcək tədbirdə halal sənayenin inkişaf perspektivləri, bu sahədə standartlar, sektora investisiya qoyuluşu və əməkdaşlıq imkanları müzakirə ediləcək. Forumun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, müvafiq sahədə fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir.

Related posts

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Bank və ticarət sektorları nağdsız ödənişlərin inkişafı üzrə əməkdaşlığı genişləndirir

Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026 (IFBS 2026) uğurla başa çatdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı