Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İki ayda pambıq ixracı 45%-ə yaxın artıb - BBN

İki ayda pambıq ixracı 45%-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 41 milyon 70 min ABŞ dolları dəyərində pambıq ixrac edib.

BBN.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 44,5% çoxdur. Ötən ilin yanvar–fevral aylarında pambıq ixracının dəyəri 28 milyon 423 min ABŞ dolları təşkil etmişdi.

Hesabat dövründə ölkəyə idxal olunan pambığın dəyəri isə 1 milyon 962 min ABŞ dolları olub. Bu isə 2024-cü ilə nisbətən 19% çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında pambıq üzrə ixrac Azərbaycanın ümumi ixracının 1,12%-ni, idxal isə ümumi idxalın 0.08%-ni təşkil edib.

Related posts

RABİTƏBANK RAMAZAN VƏ NOVRUZ BAYRAMI ƏRƏFƏSİNDƏ ŞƏHİD AİLƏLƏRİNİ ZİYARƏT EDİB

Fiziki şəxslərin idxal etdiyi məhsullar üzrə idxal 30%-ə yaxın azalıb

Azərbaycan 4 milyard kubmetrdən çox qaz ixrac edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı