İkinci rübdə smartfon satışları azalıb

“Canalys” araşdırma şirkətinin tərtib etdiyi hesabata, istinadən Rusiya-Ukrayna münaqişələri, ehtiyat hissələrinə tələbin kəskin enməsi və yarımkeçirici istehsalında azalmalar nəticəsində smartfon tədarükü 9% azalıb.

Ötən rübdə 24%-lik bazar payı ilə lider olan Cənubi Koreya mərkəzli “Samsung” bu rüb də 21% ilə birinciliyini qoruyub. “ Apple” 17%-lik pay ilə bu dəfə də ikinci yerdədir.

Bazar payı 14% olan “Xiaomi” üçüncü yerdədir, bu da ötən il ilə müqayisədə 3% aşağıdır. Satışlarda nisbətən güclü performans məşhur Redmi Note seriyasına aiddir.

Filippin mərkəzli “Oppo” ötən il 11% pay ilə, cari rübdə isə 1% azalaraq 10%-lə yenə də dördüncü yerdədir.

 “Vivo” keçən ilin birinci rübündə 10% səviyyəsində qərarlaşmasına baxmayaraq, hazırda 9% səviyyəsində yer alıb.Digər smartfonlar isə ötən ilə baxanda 1% azalaraq 27% olub.

Related posts

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı