Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İKT üzrə də bir sıra peşə və kvalifikasiya standartlarının layihələri hazırlanıb - BBN

İKT üzrə də bir sıra peşə və kvalifikasiya standartlarının layihələri hazırlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində informasiya kommunikasiya texnologiyaları üzrə yeni bir sıra peşə və kvalifikasiya standartlarının layihələri hazırlanıb. 

Bu layihələr “Avtomatika sistemləri üzrə proqramçı”, “Avtomatika üzrə mütəxəssis”, “Robotlar və robototexniki sistemlər üzrə mütəxəssis”, “Şəbəkə texnologiyaları üzrə mütəxəssis”, “Telekommunikasiyanın idarə olunması üzrə mütəxəssis” və “Verilənlər bazasının idarə edilməsi üzrə mütəxəssis” üzrə peşələrinə aiddir. Onların hazırlanması zamanı müvafiq sahələr üzrə işəgötürənlərin də təklifləri nəzərə alınıb.

Nazirlikdə yaradılmış İnformasiya kommunikasiya texnologiyaları və rabitə sahələrində bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyasının  videokonfrans formatında ilk iclasında həmin layihələr müzakirə olunub.

İclasda İqtisadiyyat, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Dövlət Statistika Komitəsi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Həmkarlar İttifaqları Konfederasiyası, Texniki və İqtisad universitetlərinin, habelə sahibkarlıq subyektlərinin nümayəndələri iştirak edib.

Müzakirələr nəticəsində yeni peşə və kvalifikasiya standartlarının layihələri səslənən rəy və təkliflər nəzərə alınmaqla məqbul hesab olunub və səs çoxluğu ilə qəbul edilib.

Related posts

“GoldenPay”də yeni təyinat

Azərbaycanın turizm potensialı Qazaxıstan və Özbəkistanda təqdim olunub

Mərkəzi Bank tərəfindən Şamaxı rayonunda vətəndaşların səyyar qəbulu keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı