Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İKZF ötən il mənzil alışını azaltdı, kirayə fondunu isə genişləndirdi - BBN

İKZF ötən il mənzil alışını azaltdı, kirayə fondunu isə genişləndirdi

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2025-ci ildə satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində yaşayış fondunu genişləndirməyə davam edib. Bununla yanaşı, alınan mənzillərin həcmi əvvəlki illə müqayisədə azalıb.

BBN.az Fondun hesabatına əsasən xəbər verir ki, ötən il satmaq öhdəliyi ilə kirayə məqsədli yaşayış sahələri fonduna ümumi dəyəri 311,214 milyon manat olan yeni mənzillər daxil edilib.

Məlumata görə, 2024–2025-ci illər ərzində bu istiqamətdə yaşayış fondunun həcmi demək olar ki, iki dəfə artıb. Buna baxmayaraq, 2025-ci ildə satın alınan yaşayış sahələrinin həcmi 2024-cü illə müqayisədə 5,2 faiz az olub.

Hesabat dövründə yaşayış sahələri üzrə avans ödənişləri 27,7 faiz azalaraq 185,511 milyon manata düşüb. Eyni zamanda, satmaq öhdəliyi ilə kirayə üçün təmirli mənzillərin dəyəri 75,1 faiz artaraq 125,703 milyon manata yüksəlib.

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu Azərbaycan Prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanına əsasən, “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərinin birləşdirilməsi nəticəsində yaradılıb və fəaliyyətini bu əsasda davam etdirir.

Related posts

Azərbaycanda bloklanan zərərli keçidlərin sayı üç dəfə azalıb

Azərbaycanda dövlət qurumlarını təqlid edən saxta domenlərin sayı artıb

“e-müqavilə” sistemi ilə altı ayda 1 milyard manatdan çox dəyərdə müqavilə bağlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı