“1 dekabr 2022-ci il tarixinədək mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması çərçivəsində Sahibkarlığın İnkişafı Fonduna 6.333 müraciət daxil olub. Bunlardan 5.047-si üzrə subsidiyanın verilməsi barədə müsbət qərar qəbul edilib.
Təsdiqlənmiş subsidiyanın məbləği 71,4 mln. manat təşkil edir və bunun da 67,9 mln. manatı sahibkarlara ödənilib.
20-ci ilin iyun ayından bu ilin 1 dekabrınadək dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 39,2 mln. manat vəsait ödənilib.”
Bu haqda İqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.