Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı ölkənin iqtisadi göstəriciləri barədə danışıb.
BBN.az xəbər verir ki, dövlət başçısı qeyd edib ki, beynəlxalq reytinq agentlikləri “Moody’s” və “Fitch” bu yaxınlarda Azərbaycanın kredit reytinqini yüksəldiblər. Onun sözlərinə görə, bu qərar Azərbaycanın güclü fiskal intizamını, dayanıqlı iqtisadiyyatını və əlverişli investisiya mühitini bir daha təsdiqləyir.
Prezident bildirib ki, Azərbaycanın xarici borcu ÜDM-in cəmi 6,5 faizini təşkil edir və bu göstərici dünya üzrə ən aşağı səviyyələrdən biridir. Ölkənin valyuta ehtiyatları isə xarici borcu təxminən 16 dəfə üstələyir.