Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İlham Əliyev: Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır - BBN

İlham Əliyev: Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı ölkənin iqtisadi göstəriciləri barədə danışıb.

BBN.az xəbər verir ki, dövlət başçısı qeyd edib ki, beynəlxalq reytinq agentlikləri “Moody’s”“Fitch” bu yaxınlarda Azərbaycanın kredit reytinqini yüksəldiblər. Onun sözlərinə görə, bu qərar Azərbaycanın güclü fiskal intizamını, dayanıqlı iqtisadiyyatını və əlverişli investisiya mühitini bir daha təsdiqləyir.

Prezident bildirib ki, Azərbaycanın xarici borcu ÜDM-in cəmi 6,5 faizini təşkil edir və bu göstərici dünya üzrə ən aşağı səviyyələrdən biridir. Ölkənin valyuta ehtiyatları isə xarici borcu təxminən 16 dəfə üstələyir.

Related posts

Azərbaycan və Qırğızıstan bankları arasında HR sahəsində təcrübə mübadiləsi keçirilib

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri üçüncü oxunuşda qəbul edib

ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı