Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İlham Əliyev süni intellekt (Sİ) fəaliyyətinə investisiya təşviqinin şamil edilməsini təsdiqləyib - BBN

İlham Əliyev süni intellekt (Sİ) fəaliyyətinə investisiya təşviqinin şamil edilməsini təsdiqləyib

Azərbaycanda bu ilin sonuna kimi “İnvestisiya Təşviqi Sənədi” alətinin süni intellekt (Sİ) fəaliyyətinə şamil edilməsi planlaşdırılır.

Bu məsələ İlham Əliyev-in təsdiqlədiyi “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Sənədə əsasən:

  • Sİ texnologiyalarının tətbiqi ilə bağlı dövlət dəstəyi tədbirlərinə dair normativ hüquqi aktların layihələri hazırlanacaq;

  • Süni intellekt, innovasiya və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən subyektlər üçün vergi, gömrük və sosial sığorta güzəştlərini nəzərdə tutan sənədlər işlənəcək;

  • Sİ şirkətlərinin güzəştlərdən yararlanması üçün Elektron Müraciət Sistemi (“bir pəncərə” prinsipi) istifadəyə veriləcək.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla müəyyən edilmiş digər mənbələr hesabına həyata keçiriləcək.

Bu addım ölkədə süni intellekt ekosisteminin inkişafına, texnoloji investisiyaların artmasına və innovativ sahibkarlığın stimullaşdırılmasına yönəlib.

Related posts

Azərbaycanda “Elektron iştirakçılıq” portalı istifadəyə veriləcək

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda rəqəmsal layihələrin maliyyələşdirilməsinə veto mexanizmi tətbiq olunacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı