
Azərbaycanda bu ilin sonuna kimi “İnvestisiya Təşviqi Sənədi” alətinin süni intellekt (Sİ) fəaliyyətinə şamil edilməsi planlaşdırılır.
Bu məsələ İlham Əliyev-in təsdiqlədiyi “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.
Sənədə əsasən:
-
Sİ texnologiyalarının tətbiqi ilə bağlı dövlət dəstəyi tədbirlərinə dair normativ hüquqi aktların layihələri hazırlanacaq;
-
Süni intellekt, innovasiya və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən subyektlər üçün vergi, gömrük və sosial sığorta güzəştlərini nəzərdə tutan sənədlər işlənəcək;
-
Sİ şirkətlərinin güzəştlərdən yararlanması üçün Elektron Müraciət Sistemi (“bir pəncərə” prinsipi) istifadəyə veriləcək.
Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla müəyyən edilmiş digər mənbələr hesabına həyata keçiriləcək.
Bu addım ölkədə süni intellekt ekosisteminin inkişafına, texnoloji investisiyaların artmasına və innovativ sahibkarlığın stimullaşdırılmasına yönəlib.





