Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İlin ilk rübündə Azərbaycana 296,9 milyon dollar pul baratı daxil olub - BBN

İlin ilk rübündə Azərbaycana 296,9 milyon dollar pul baratı daxil olub

2026-cı ilin birinci rübündə pul köçürmə sistemləri vasitəsilə Azərbaycana 296,9 milyon ABŞ dolları məbləğində pul baratı daxil olub.

Bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, hesabat dövründə Azərbaycana ən çox pul köçürmələri Rusiyadan həyata keçirilib. Belə ki, Rusiyadan ölkəyə 110,8 milyon ABŞ dolları göndərilib. Sonrakı yerlərdə 49,9 milyon dollarla Türkiyə, 24,6 milyon dollarla İrlandiya, 23,9 milyon dollarla ABŞ və 10,5 milyon dollarla Birləşmiş Krallıq qərarlaşıb.

Samir Nəsirov qeyd edib ki, 2026-cı ilin ilk üç ayında Azərbaycandan xarici ölkələrə göndərilən pul baratlarının ümumi həcmi 103,9 milyon ABŞ dolları təşkil edib.

Azərbaycandan ən çox vəsait köçürülən ölkə Türkiyə olub. Bu ölkəyə 28,2 milyon dollar göndərilib. ABŞ-a 16,2 milyon dollar, Rusiyaya 10,2 milyon dollar, Birləşmiş Krallığa 6 milyon dollar və Gürcüstana 5,6 milyon dollar həcmində pul köçürməsi həyata keçirilib.

Related posts

Azərbaycan banklarının xarici öhdəlikləri bir ildə 290 milyon manata yaxın artıb

Avropa rəqəmsal avroya hazırlaşır: Yeni ödəniş sistemi 2029-da tətbiq oluna bilər

Moody’s Ratings Xalq Bankın 2025-ci il üzrə reytinqini təsdiqlədi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı