İlk dəfə tədavül müddəti 5 il olan dövlət istiqrazları emissiya edilib

28 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ilk dəfə tədavül müddəti 5 il olan 10.0 milyon manat məbləğində dövlət istiqrazları qiymətli kağızlar bazarında uğurla yerləşdirilib. Hərracın nəticəsinə görə sifarişlərin nominal üzrə ümumi məbləği 50.5 milyon manat təşkil edib ki, bu da investorlar tərəfindən təqdim olunan sifarişlər üzrə orta ölçülmüş qiymətin 101.36 (gəlirlilik 8.16%) səviyyəsində müəyyən olunması ilə nəticələnib.

Dövlət qiymətli kağızlarına göstərilən böyük maraq investorlar tərəfindən manata olan etimadın və manatda ifadə olunmuş uzunmüddətli maliyyə alətlərinə tələbatın artmasının göstəricisidir. 

Eyni zamanda, bu buraxılış dövlət qiymətli kağızları üzrə daha uzunmüddətli gəlirlilik əyrisinin formalaşdırılmasına xidmət etməklə yanaşı, həm də özəl sektorun nümayəndələri tərəfindən milli valyutada buraxılacaq uzunmüddətli qiymətli kağızlar üçün istinad dərəcəsi (bençmark) rolunu oynayacaq. 

Qiymətli kağızlar bazarının inkişaf etdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir. 
 

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı