İlon Mask və “Twitter” yaradıcıları arasında leqal müharibə başlayır

“SpaceX” kosmik şirkətin və elektrik mühərrikli avtomobillərin – “Tesla” istehsalçısı, milyarder İlon Mask (Elon Musk) iyulun 8-də ABŞ-ın səhmlərin dəyişdirilməsi ilə bağlı səlahiyyətli şəxslərinə göndərdiyi sənəddə sosial platforma “Twitter”i almaqdan imtina etdiyini bildirib.

BBN.az Amerikanın media şirkəti CNBC-yə istinadən xəbər verir ki, öncədən “Twitter” yaradıcıları ilə razılaşdırılmış 44 milyard dollarlıq (43,2 milyard avro) alışın imtina edilməsinə səbəb kimi isə milyarder sosial şəbəkədə səhv və yanlış, yaxud aktiv olmayan hesabların olması ilə əlaqələndirib.

Cümə, Nyu-York stok marketin bağlanışı günü “Twitter”in səhmlərinin dəyəri kəskin şəkildə, 5% azalaraq təxminən 35 dollara enib, bu rəqəm isə İlon Maskın apreldə təklif etdiyi səhm üzrə dəyərdən (54,20 dollar) olduqca aşağıdır. 

“Razılaşmaya qol çəkdikdən, şirkətin stok dəyərini aşağı saldıqdan, reputasiyasına zərər vurduqdan sonra Elon Musk qəfildən inanır ki, öz fikrini dəyişmək mümkündür”, – deyə “Twitter” yaradıcıları bildirib. Milyarderin sosial şəbəkə ilə bağlı ictimaiyyətə açıqlamasından sonra digər sosial şəbəkələrin səhmlərinin dəyərində də enmə müşahidə edilib. “Twitter”in açıqlamasından sonra, İlon Mask ironiyanın olması ilə bağlı eyham edib.

Leqal ekspertlər isə bu məsələ ilə bağlı deyirlər ki, müzakirələrin nəticələrinin nə olacağını proqnoz etmək çətindir. Məhkəmə milyarderi alışı tamamlamağa, yaxud apreldən bu yana davam edən müzakirələrə görə 1 milyard dollar dəyərində cərimə ödəməyə məcbur edə bilər. Bir başqa ssenari isə odur ki, alış qiyməti ilə bağlı yenidən danışıqlara gedilə, yaxud da “Tesla” şirkətinin yaradıcısı heç bir cərimə ödəmədən müzakirələri yekunlaşdıra bilər.

Qeyd edək ki, rəsmilərin bildirdiyinə görə sosial şəbəkə yaradıcıları məsələ ilə bağlı sentyabrda 4 günlük məhkəmənin olmasının arayışındadır. Həmçinin əlavə edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın (Donald Trump) milyarderin sosial şəbəkəni almasından sonra “Twitter”ə yenidən qayıdacağı (sosial şəbəkədə cəmiyyəti böldüyünə və nifrət yaydığına görə, sosial şəkəkə yaradıcıları tərəfindən bloklanmışdı) gözlənilirdi. Lakin daha öncəki açıqlamalarında sabiq prezident “Twitter”ə qayıtmayacağını bildirmişdi.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

“Uşaq Qaynar Xətti”nə son altı ayda 851 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı