IMF 2023-cü ildə ən pis performans göstərəcək ölkənin adını açıqlayıb

International Monetary Fund-ın (IMF) məlumatına görə, Böyük Britaniya bu il dünyanın ən pis performans göstərəcək əsas iqtisadiyyatlarından biri olacaq.

BBN.az xəbər verir ki, BBC nəşrinin yazdığı məlumata əsasən Böyük Britaniya iqtisadiyyatının 2023-cü ildəki performansı, sanksiyalardan əziyyət çəkən Rusiyanın da daxil olduğu G20 kimi tanınan 20 ən böyük iqtisadiyyat arasında ən pisi olacaq. IMF İngiltərə iqtisadiyyatının bu il daralacağını proqnozlaşdır, lakin bu proqnoz təşkilatın yanvarda verdiyi əvvəlki 0,6% daralma gözləntisindən bir qədər yaxşıdır. Təşkilat, həmçinin qlobal maliyyə sistemi üçün “daşlı yol” barədə xəbərdarlıq edib.

IMF tədqiqatçıları daha əvvəl Britaniyanın yüksək qaz qiymətlərinə məruz qalmasını, artan faiz dərəcələrini və zəif ticarət rəqəmlərini, pis iqtisadi göstəricilərin səbəbləri kimi göstərmişdilər.

Hazırda Böyük Britaniya öz iqtisadiyyatının 2023-cü ildə 0,3% azalacağını və gələn il 1% artacağını gözləyir. İngiltərə Mərkəzi Bankının rəhbəri Andrew Bailey də bu yaxınlarda iqtisadiyyat üçün “daha ümidli” olduğunu və vəziyyətin artıq tənəzzülə doğru getmədiyini söyləyib.

Related posts

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini dəyişmədi

ABŞ “VTB Bank”ın Avropadakı törəməsini sanksiyalardan çıxarıb

Microsoft Teams və Office tədbiqlərini ayrı-ayrı satacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı