Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
IMF-in icraçı direktoru Ağdam, Xankəndi və Şuşaya səfər edib - BBN

IMF-in icraçı direktoru Ağdam, Xankəndi və Şuşaya səfər edib

Beynəlxalq Valyuta Fondunda (IMF) Azərbaycanın daxil olduğu İsveçrə Seçki Qrupu üzrə icraçı direktor Patrik Loşevski Ağdam, XankəndiŞuşa şəhərlərinə səfər edib.

BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində icraçı direktora işğal dövründə tamamilə dağıdılmış Ağdamda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, şəhərin Baş Planının icrası, müasir infrastrukturun qurulması, eləcə də Böyük Qayıdış Proqramı çərçivəsində əhalinin mərhələli şəkildə köçürülməsi barədə ətraflı məlumat verilib.

P.Loşevski Xankəndidə mərkəzi hissə və əsas infrastruktur obyektlərinin fəaliyyəti, aparılan bərpa və yenidənqurma işləri, sosial infrastrukturun təşkili və sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərlə də tanış olub.

Şuşaya səfər zamanı isə qonağa şəhərin tarixi-mədəni irsi, abidələrin bərpası, həmçinin həyata keçirilən infrastruktur və turizm layihələri barədə geniş məlumat təqdim edilib. Qeyd olunub ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi regionun sosial, mədəni və iqtisadi həyatında mühüm rol oynayır.

Related posts

RABİTƏBANK MÜŞTƏRİLƏRİ 2025-Cİ İLDƏ 12 MİLYON MANATDAN ÇOX KEŞBEK QAZANIBLAR

ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında!

Strateji investisiyalar müstəsna hallarda dövlət tərəfindən alınacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı